Qırıq dişinə görə dilini kəsdirdi

Qadın qırıq dişinin ucbatından dil xərçənginə tutulub.
Sputnik

BAKI, 11 iyun — Sputnik. Türkiyədə yaşlı qadın qırıq dişinin dilini zədələdiyi üçün dil xərçəngi xəstəliyindən əziyyət çəkib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, Dənizli şəhərində yaşayan 75 yaşlı qadının qırıq dişinin bir müddət dilinə təmas etməsi onun səhhətini riskə atıb.

İlkin müayinələr nəticəsində qadının dil nahiyəsində xərçəng xəstəliyi aşkarlanıb və o, əməliyyat olunub. 6 saat davam edən əməliyyat nəticəsində qadının dilinin bir hissəsi kəsilib. Bundan sonra qadının həyati riski aradan qalxıb.