Bu gün Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur. 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Heydər Əliyev hakimiyyətə qayıtmaqla Azərbaycanı xilas etdi:
“O dövrdə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu qəbul etməyənlər çox idi. Buna görə də, Azərbaycan nə daxili, nə də xarici siyasətdə uğur qazana bilmirdi. Heydər Əliyev ölkədə etnik qarşıdurmanın qarşısını aldı, ordu quruculuğuna başladı. Bu gedən proseslər cəmiyyətdə Azərbaycan dövlətinə inamı artırdı. “Əsrin müqaviləsi”nin imzalanması isə Heydər Əliyevin siyasi bacarığını tam göstərdi. Heydər Əliyev 1993-cü ildə təkcə Azərbaycanı xilas etmədi, eyni zamanda Cənubi Qafqaz regionundakı dövlətlərin mövcudluğu üçün əsas yaratdı”.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz