CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakılılar üçün “yeməli” bayram – paytaxtda küçə yeməyi festivalı keçirilir

Bakının mərkəzində, Sahil parkında, artıq beşinci dəfə yemək festivalı - “Baku Food Fest” öz işinə başlayıb. Qonaqları nələrin gözlədiyini Sputnik Azərbaycan-ın videosunda izləyin.
Sputnik

Builki “Food Fest” 7 iyuladək davam edəcək. Hər gün səhər 11-dən axşam 23-ə qədər qonaqları müxtəlif attraksionlar gözləyir. Dadlı festivalın təşkilatçıları şəhər sakinlərinə yay axşamlarını maraqlı keçirmək şansı vermək istəyiblər.

Yay mövsümü olduğuna görə builki festivalda daha çox müxtəlif içki stendləri təşkil edilib. Layihənin əsas tərəfdaşlarından biri qonaqlar üçün açıq səma altında yeməklər bişirir, digərləri isə virtual reallıq dünyasına səyahət etmək imkanını təklif edir.

7 iyuladək davam edəcək festivala giriş pulsuzdur. Sputnik Azərbaycan festivalın informasiya tərəfdaşıdır.