RUSİYA

Moskvada Türkiyə festivalı keçirilir

Məqsəd Rusiya vətəndaşlarını Türkiyənin tarixi və mədəniyyəti haqda məlumatlandırmaqdır
Sputnik

BAKI, 15 iyun — Sputnik. Moskvanın “Krasnaya Presnya” parkında Türkiyə festivalına start verilib. Festival barədə “İzvestiya” mətbuat mərkəzinə açıqlama verən Türkiyənin Rusiyadakı fövqaladə və səlahiyyətli səfiri Mehmet Samsar bildirib ki, məqsədimiz Rusiya vətəndaşlarını Türkiyənin tarixi və mədəniyyəti haqda məlumatlandırmaqdır.

Onun sözlərinə görə artıq üçüncü dəfə keçirilən  festival çərçivəsində bir çox tədbirlər nəzərdə tutulub.

16 iyun tarixinə qədər davam edəcək tədbirdə moskvalılar Türkiyənin turizmi, mətbəxi və irsi ilə yaxından tanış olacaqlar. Biz çalışırıq ki, Türkiyəyə daha çox rus turist cəlb edək. Bu festivalı Türkiyə mövzusunda ən iri tədbir hesab etmək olar.

Qeyd edək ki, ötən il sözügedən festivalda yüz mindən çox insan iştirak etmişdir.