BAKI, 15 iyun — Sputnik. Britaniyanın şərqində leysan yağışları daşqınlara səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, iki gündə əraziyə iki aylıq yağıntı düşüb. Nəticədə böyük çaylardan biri daşıb. Ərazidə fövqəladə vəziyyət elan edilib. Minlərlə insan təxliyə olunub. Hazırda hərbi təyyarələr əraziyə qum torbaları daşıyır.
https://www.vesti.ru/videos/show/vid/801038/#/video/https%3A%2F%2Fplayer.vgtrk.com%2Fiframe%2Fvideo%2Fid%2F1912327%2Fstart_zoom%2Ftrue%2FshowZoomBtn%2Ffalse%2Fsid%2Fvesti%2FisPlay%2Ftrue%2F%3Facc_video_id%3D801038