CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda su xəttində qəza - Yolu qazırlar

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları xahiş edilir
Sputnik

BAKI, 14 iyun — Sputnik. Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən və "Azərsu" ASC-yə məxsus su xəttində yenidən qəza baş verib.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işləri aparılır. Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.