HADİSƏ

Avtomobil gənc oğlan və qızı vurdu: Biri öldü, biri ağır yaralandı

Xırdalan dairəsində avtomobil 25 yaşlı oğlanı və 24-25 yaşlı qızı vurub
Sputnik

BAKI, 14 iyun — Sputnik. Abşeronda 1 nəfərin ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Xırdalan dairəsində qeydə alınıb.

Belə ki, avtomobil 25 yaşlı oğlanı və 24-25 yaşlı qızı vurub. Qız aldığı xəsarətdən hadisə yerində ölüb. Oğlan isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.