CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yasamalda qəza, üç qadın xəstəxanaya yerləşdirildi

19 və 40 yaşlı qadınlar qəza zamanı qapalı kəllə beyin travması ilə digər 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 İyun — Sputnik. "Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində üç qadın xəsarət alıb". Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qurumun əməkdaşı Elvin Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hadisə Yasamal rayonunda, "Sosial evlər"in yerləşdiyi əraziyə yaxın ünvanda baş verib: "Hadisə nəticəsində üç qadın xəsarət alıb. 19 və 40 yaşlı qadınlar qəza zamanı qapalı kəllə beyin travması ilə digər 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Hazırda onların müayinələri davam etdirilir".