BAKI, 14 iyun — Sputnik. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüşünün tarixi və yeri məlum olub.
Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirlər iyunun 20-də ABŞ paytaxtı Vaşinqtonda görüşəcəklər.
Danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.