CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

20 Yanvar şəhidinin anası vəfat etdi

Bu barədə məlumatı millət vəkili sosial şəbəkə hesabında yazıb
Sputnik

BAKI, 14 iyun — Sputnik. 20 Yanvar faciəsində şəhid olan Fərizə Allahverdiyevanın anası rəhmətə gedib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı öz "Facebook" səhifəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə yazıb.

"20 Yanvar 1990-cı il faciəsində dünyasını dəyişmiş Fərizə xanımın anası Bağda xanım rəhmətə gedib. Bu barədə İlhamın böyük qardaşı Elxan müəllim bildirdi.

Allah rəhmət eləsin", - deyə deputat yazıb.