HADİSƏ

Partiya sədrinin qohumunun meyiti tapıldı

İlkin ehtimallara görə, ölümə beyinə qan sızması səbəb olub
Sputnik

BAKI, 13 iyun — Sputnik. Ümid Partiyasının sədri İqabl Ağazadənin əmisi oğlu Ağayev Loğman Xudam oğlu dünyasını dəyişib.

Bu barədə Sputnik Azərbaycan-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 49 yaşlı Abbasov Loğman Xudam oğlu iyunun 11-i, saat 07:30-da Məhəmməd Hadi küçəsində yerləşən evdən çıxıb və geri qayıtmayıb. İyunun 12-si, saat 09:30-da üzərində zorakılıq əlamətləri olmayan cəsədi Sadıqcan küçəsi 52 saylı binanın qarşısında tapılıb.

İlkin ehtimallara görə, ölümə beyinə qan sızması səbəb olub.