Müdafiə nazirlərinin Qəbələ görüşünü əhəmiyyətli edən səbəblər - hərbi ekspert danışır

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, NATO-nun aparıcı üzvlərindən olan Türkiyənin hərbi sahədəki təcrübəsi Azərbaycan və Gürcüstan üçün əhəmiyyət kəsb edir
Sputnik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sahəsində Azərbaycan və Gürcüstanla üçtərəfli sazişi təsdiq edib.

Hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a deyir ki, nazirlərin görüşü çox vacibdir: “İndiyə qədər bu üç ölkə birgə hərbi təlimlər keçiriblər. Ümid edirəm ki, bu görüşdən sonra da 2019-cu ildə keçiriləcək daha bir təlim haqqında məlumat veriləcək. Belə təlimlərin keçirilməsi həm Azərbaycan, həm də Gürcüstan üçün çox önəmlidir. NATO-nun aparıcı üzvlərindən olan Türkiyənin hərbi sahədəki  təcrübəsi Azərbaycan və Gürcüstan üçün əhəmiyyət kəsb edir. Bu üçtərəfli əməkdaşlıq həm də regional təhlükəsizliyin təmin olunması üçün vacibdir”.

Qeyd edək ki, dünən Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz