Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva
BAKI, 13 iyun — Sputnik. Bakıda parkların birində jurnalistin uşağı it hücumuna məruz qalıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Publika.az" saytının əməkdaşı, jurnalist Asif Nərimanlı özü “Facebook” sosial şəbəkəsindəki hesabında məlumat yayıb: "Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda, itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz. İtin "ağızlığı" olmayıb. Halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik".
A.Nərimanlı bildirib ki, itin sahibləri xanımına və uşağa qarşı da kobudluq ediblər: "Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik. Təəssüf ki, belə adamlarla eyni cəmiyyətdə yaşayırıq".