HADİSƏ

Yardımlıda dəhşətli qəza: KamAz 500 metrdən dərəyə yuvarlandı

Ağır qəza nəticəsində bir nəfər dünyasını dəyişib, bir nəfər yaralanıb
Sputnik

BAKI, 12 iyun - Sputnik. Yardımlı rayonu ərazisində ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib. Sputnik Azərbaycanı-n bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonunun Horonu kəndi ərazisində el arasında “Böyük Dərə” adlanan yerdə otlaq sahədə baş verib.

Yardımlıda dəhşətli qəza: KamAz 500 metrdən dərəyə yuvarlandı

Belə ki, Köryədi kənd sakini, 1992-ci il təvəllüdlü Ceyhun Əbişov etibarnamə əsasında idarə etdiyi “KamAZ 53212” markalı 10-DG-325 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə ot bağlamaları yığmaq üçün gedərkən idarəetməni itirib və avtomobil 500 metrdən yuvarlanaraq dərəyə düşüb. Nəticədə avtomobildə olan sərnişin, Yardımlı rayonu Arvana kənd sakini, 1978-ci il təvəllüdlü Namiq Mirhəsən oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, onun həmkəndlisi 2001-ci il təvəllüdlü Rafiz Həsənov isə qarının küt travması, qaraciyər zədələnməsi, sağ dirsək oynağının açıq yerdəyişən sınığı diaqnozu ilə Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.