CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suraxanıda qadın narkotacir saxlanılıb

Faktla bağlı toplanan Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Sputnik

BAKI, 12 iyun — Sputnik. Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Suraxanıda qadın narkotacir saxlanılıb

Bildirilib ki, əldə edilən məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Suraxanıda qadın narkotacir saxlanılıb

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yeni Suraxanı qəsəbə sakini Əminə Babayeva da polislər tərəfindən tutulub. Onun evindən 500 qramdan artıq heroin, habelə tiryək, marixuana, metadon və metamfetamin aşkar edilərək götürülüb. Ə.Babayeva narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı toplanan Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.