BAKI, 12 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Almaniya Federativ Respublikası Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Prezident Bakı Parlament Platforması iştirakçılarını qəbul edib
Xatırladaq ki, hər iki nümayəndə heyəti bu gün təsis olunan Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının işində iştirak edib.