BAKI, 12 iyun — Sputnik. Şair Murad Köhnəqala həbs edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə şairin həyat yoldaşı Şəlalə Göytürk “Facebook”dakı səhifəsində məlumat yerləşdirib.
O, bildirib ki, Murad Köhnəqalanı birinci həyat yoldaşı aliment ödəmədiyi üçün Tovuz rayon Məhkəməsinə verib: “Murad Köhnəqala 12 min manat aliment ödəmədiyi üçün məhkəmə onun barəsində həbs qərarı çıxarıb”.