CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Parklarda “Açıq qapı” günü keçiriləcək - SİYAHI

“Açıq qapı” günü səhər saat 09:00-dan axşam saat 18:00-dək davam edəcək
Sputnik

İRADƏ Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. Milli Qurtuluş Günü ilə əlaqədar milli parklarda “Açıq qapı” günü keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O, bildirib ki, iyunun 15-də keçiriləcək “Açıq qapı” zamanı ziyarətçilər giriş haqqından azad ediləcək. “Açıq qapı” günü səhər saat 09:00-dan axşam saat 18:00-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi Qurtuluş Günü ilə əlaqədar milli parklara dəvət edir.

1. Zəngəzur Milli Parkı (Naxçıvan MR, Ordubad rayonu)

2. Abşeron Milli Parkı (Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi)

3. Altıağac Milli Parkı (Xızı rayonu, Xələc kəndi)

4. Şahdağ Milli Parkı (Şabran rayonu, Pirəmsən kəndi)

5. Samur-Yalama Milli Parkı (Xaçmaz rayonu)

6. Şirvan Milli Parkı (Salyan rayonu, Yenikənd kəndi)

7. Hirkan Milli Parkı  (Lənkəran rayonu, Bürcəli kəndi )

8. Ağgöl Milli Parkı (Ağcabədi rayonu)

9. Göygöl Milli Parkı (Göygöl rayonu, Toğanalı kəndi)

10. Qızılağac Milli Parkı (Lənkəran rayonu, Balıqçılar kəndi).