HADİSƏ

Daha bir uşaq faciəsi - Bu dəfə Cəlilabadda

Cəlilabadda uşaq atasının maşını altında qalaraq ölüb
Sputnik

BAKI, 12 iyun - Sputnik. Cəlilabad rayonunda azyaşlı uşaq maşın altında qalaraq dünyasını dəyişib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında rayonun Sabirabad kəndində baş verib.

Kənd sakini Nicat Əliyev həyətin qarşısında saxladığı “Qazel” markalı avtomobili hərəkətə gətirərkən, 11 yaşlı oğlu Samir Əliyevi görməyib. Nəticədə azyaşlı oğlu maşının altında qalaraq hadisə yerində dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.