FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Mövsüm başladı – Amma yenə köhnə dəniz, köhnə problemlər

Sputnik

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. İyunun 15-də Azərbaycanda rəsmi olaraq çimərlik mövsümünə start verilir. Amma havanın isti keçməsi xeyli müddətdir ki, insanları dəniz sahilinə qovub.

Bəs biz çimərlik mövsümünə necə, hazırıqmı? Təəssüflər olsun ki, yenə də yox! Çünki bəzi çimərliklərin ərazilərində abadlıq, təmizlik işləri aparılsa da, bəzi ərazilər hər zamankı kimi gözdən könüldən, nəzarətdən uzaq qalıb. Məsələn, Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazilər kimi.

Azərbaycanlı model: “Çimərlik geyimi geyənlərə həsəd aparıram, mənə icazə vermirlər”

Bu ərazilər qəsəbə sakinləri arasında "xalq çimərliyi" kimi tanınır. Yəni kasıb, imkansız əhali pulsuz olduğu üçün daha çox bu ərazilərə gəlir.

Çimərlikdə isə vəziyyət çox acınacaqlıdır. Bir tərəfdə qalaqlanmış məişət tullantıları, digər tərəfdə sahilə axıdılan çirkab suları ərazini sağlamlıq üçün təhlükəli vəziyyətə salıb.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, həmin inzibati ərazilər yerli icra qurumlarının və bələdiyyələrin balansındadır və bu ərazilərdə təmizliyə həmin qurumlar riayət etməlidir.

GEM isə yalnız qanuni çimərliklərdə monitorinqlə aparır. Qanuni çimərliklər Fövqəladə Hallar Nazirliyinin xilasetmə qruplarının və tibb işçilərinin təhkim olunduğu ərazilər hesab edilir.

Artıq GEM ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri çimərlik ərazilərdə monitoriqnlər keçirərək, nəticələri də elan ediblər.

Nəticələrə görə, Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri çimərlik kimi istifadəyə yararlı, Türkan, Suraxanı rayonu Hövsan, Səbail rayonu Şıx, Qaradağ rayonu Sahil qəsəbəsinin və Sumqayıtın çimərlikləri isə yararsızdır.

"ETSN-nin nümayəndələri ilə birlikdə Abşeron rayonu ərazisində qanuni fəaliyyət göstərən çimərliklərin ərazisində dəniz suyunun laboratoriya analizlərinin aparılması üçün su analizləri götürmüşdük. Səbail rayonunda Şıx və Qaradağ rayonunda Sahil çimərliklərində dəniz sularının bakterioloji göstəriciləri, yəni bağırsaq çöpü ilə çirklənmə normadan dəfələrlə artıq çıxıb. Norma 5000-ə qədərdir. Ancaq bizim apardığımız laboratoriya tədqiqatlarına görə, qeyd edilən ərazilərdə bu göstəricinin 11000-ə yaxın olduğu aşkarlanıb. Bu səbəbdən də bağırsaq çöpləri olan ərazilərdə vətəndaşların çimməyi məqsədəuyğun sayılmır" – deyə şöbə müdiri əlavə edib.

Onun sözlərinə görə, 6 inzibati rayon çimərliklərindən dəniz suyu bakterioloji, radioloji, toksikoloji və sanitar kimyəvi müayinələr və ölkə əhalisi arasında qurd invoziyalarının profilaktikası məqsədilə sahil yanı zolalardan torpaq nümunələri götürülüb: "Hazırda Nabran, Xaçmaz, eləcə də Türkan, Hövsan ərazilərindən götürülmüş nümunələrin tədqiqatı davam edir".

Z. Kazımovun sözlərinə görə, həmin ərazilərdə yaşayış məntəqələrinin məişət tullantıları bir başa dənizə axıdılır.

Çimərlik turizmi üçün şad xəbər - XƏBƏRDARLIQ

"Sizin qeyd etdiyiniz ərazi Buzovna ərazisində qeyri-qanuni çimərlikdir. Həmin ərazisinin sahilyanı zolağı da çirklidir və ərazidə ilanlar var. Buzovna ərazisində qanuni çimərliklərdən götürdüymüz nümunələrdə dəniz suyu müsbətdir. Amma sahilyanı zolaqda bu gün də iş davam edir" – deyə GEM rəsmisi əlavə edib.

Həkim terapevt Məlahət Abbasova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, zibilliyə çevrilən çimərliklər xəstəlik mənbəyidir və belə çimərliklərə heç bir halda getmək olmaz. Kanalizasiya sularının axıdılması, çimərliklərə gələn insanların sahili və dənizi çirkləndirməsi, dəniz suyunu insan həyatı üçün təhlükəli vəziyyətə gətirir: "Dəmir parçaları, boş butulkalar, qarpız qabığı, sür-sümük, çörək parçalarını dənizə atanlar atdıqlarının sonradan xəstəlik və ya sağlamlıq üçün təhlükə mənbəyinə çevriləcəyini düşünmürlər".

Həkimin sözlərinə görə, dəniz suyu ilə bağırsaq çöpləri və ya yoluxucu xəstəliklər yayıla bilər. Buna görə də dənizə girərkən su udmamağa çalışmaq lazımdır: "Dəniz suyunda müxtəlif bakteriyalar olduğu üçün bədəndə açıq yara varsa, suya girmək olmaz. Bir müddətdən sonra çimərliklərə axın başlanacaq. Dənizə gələn insanlarda müxtəlif xəstəliklər ola bilər. Buna görə də çalışın ki, dənizdən çıxdıqdan sonra duş alasınız".

Qeyd edək ki, Səbail rayonunun Şıx və Qaradağ rayonu Sahil çimərliklərində bakterioloji çirklənmə göstəriciləri hər zaman normadan dəfələrlə çox olub. "Sanitariya-Epidemioloji Salamatlıq haqqında" Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən, Şıx çimərliyinin, Qaradağ rayonu Sahil çimərliyinin və göstərilən ərazilərin qeyri-qanuni çimərlik sahələrinin çimərlik kimi istifadəsinin müvəqqəti olaraq qadağan edilməsi barədə qəbul edilmiş 07.06.2010-cu il tarixli, 83N-li qərar yenə də qüvvədədir.

1 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
2 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
3 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
4 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
5 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
6 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
7 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
8 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
9 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
10 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
11 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
12 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
13 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi
14 / 14
Buzovna qəsəbəsində "Əliayağı piri"kimi tanınan pirin arxasında olan çimərlik ərazisi