HADİSƏ

Azərbaycanda həkim əməliyyatdan sonra dünyasını dəyişdi

Həkim dünyasını dəyişən S.Şahsuvarovanın ailəsinin şikayətli olmadığını bildirib
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. Azərbaycan Tibb Universitetinin həkimi, dosent Sədaqət Şahsuvarova dünyasını dəyişib. ATU-nun mətbuat katibi Günel Aslanova  Sputnik Azərbaycan-a açıqlamasında məlumatı təsdiqləyib. Həkimin liposaksiya əməliyyatından bir neçə gün sonra dünyasını dəyişdiyi bildirilir.

Həkim icbari tibbi sığorta barədə: əhalinin bütün təbəqlərini əhatə etməlidir

Əməliyyatı icra edən və eyni zamanda dünyasını dəyişən dosent Sədaqət Şahsuvarovanın tələbəsi olan Vüqar Ələkbərov Sputnik Azərbaycan-a açıqlamasında bu hadisədə təqsirli olmadığını bildirib: “Bu məsələdə həkim və klinikanın təqsiri yoxdur. Texniki olaraq da əməliyyat zamanı heç bir səhv olmayıb. Çünki əməliyyatdan sonra xəstə ayağa qalxaraq gəzib və bu hadisə bir neçə gün sonra baş verib. Bu əməliyyat insan ölümünə səbəb ola bilməz. Əməliyyat fəsadsız, yəni uğurla başa çatıb”.

Qeyd edək ki, dünyasını dəyişən həkimin 65 yaşı olub. O “Avrasiya” hospitalında əməliyyat olunduqdan 2 gün sonra səhhəti pisləşdiyi üçün başqa xəstəxanaların birinə yerləşdirilib. 4 gün sonra isə elə xəstəxanada ikən dünyasını dəyişib.

Həkim dünyasını dəyişən S.Şahsuvarovanın ailəsinin şikayətli olmadığını bildirib.