QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Etiraf: "Qarabağ münaqişəsinin həllində hər şey Rusiyadan asılı deyil"

Səfir hesab edir ki, Rusiyanın roluna balanslı şəkildə yanaşmaq lazımdır
Sputnik

BAKI, 11 iyun — Sputnik. Qarabağ münaqişəsinin nizamlanmasında hər şeyin Rusiyadan asılı olduğunu demək düzgün deyil. Sputnik Ermənistan xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Rus polkovnik Naxçıvandakı təlimlərin təhdid olub-olmaması məsələsinə aydınlıq gətirdi

Qarabağ münaqişəsi bölgəsində son zamanlar müşahidə olunan gərginliyi şərh edən səfir qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri formatında fəaliyyət göstərir, Minsk qrupu üzrə tərəfdaşlarla sıx koordinasiya var, həmçinin tərəflərin görüşlərin təşkili üzrə ayrı-ayrı addımlar da var. Belə addımlardan biri aprel ayında Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə aprel ayında Ermənistan və Azərbaycan XİN rəhbərləri Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarov arasında görüşün keçirilməsidir.

"Rusiya həmişə gərginliyin əleyhinə, davamlı danışıqlar prosesinin qurulmasının lehinədir. Lakin aydındır ki, son nəticədə məsələnin həlli münaqişə tərəflərinin işidir", - deyə diplomat qeyd edib.

Səfir hesab edir ki, Rusiyanın roluna balanslı şəkildə yanaşmaq lazımdır: "O aktivdir, lakin tərəflərin öz rollarını dəyişə bilməz".

Kopırkin bir daha vurğulayıb ki, Rusiya Ermənistanın strateji tərəfdaşıdır.