İki sabiq nazirə qarşı milyardlıq cinayət işi başladılıb

Ermənistanın Xüsusi İstintaq Komitəsinin sədri Sasun Xaçatryan bu məsələni şərh etməkdən imtina edib
Sputnik

BAKI, 11 iyun — Sputnik. Ermənistanın sabiq maliyyə və kənd təsərrüfatı nazirləri Qaqik Xaçatryan və Serqo Karapetyana qarşı dövlət subsidiyaları çərçivəsində fermerlərə güzəştli şərtlərlə gübrələrin verilməsi işi üzrə ittihamlar irəli sürülüb. Bu barədə Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Nəşr mənbəyə istinadən xəbər verir ki, ümumilikdə dövlətə milyard dram (iki milyon dollar) həcmində zərər vurulub. Bu vəsaitin böyük bir hissəsi artıq dövlətə geri qaytarılıb.

Nəşr xatırladır ki, daha əvvəl ölkənin Araqatsotn vilayətində fermerlərə gübrələrin verilməsi zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 9 cinayət işi başladılıb.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Xüsusi İstintaq Komitəsinin sədri Sasun Xaçatryan bu məsələni şərh etməkdən imtina edib.

Komitənin mətbuat katibi Marina Oqancanyan "Sputnik Ermənistan"-la söhbət zamanı məsələni şərh etməkdən imtina edib.