HADİSƏ

Bakıda qəza baş verdi: dörd qadın xəsarət aldı

Bakıda ağır qəza baş verib
Sputnik

 

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 11 iyun — Sputnik. Bakının Xətai rayonunda, Zığ yolu adlanan ərazidə avtoqəza baş verib. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən daxil olan məlumata görə, 104 saylı marşrut avtobusunun evakuatorla toqquşması nəticəsində 4 nəfər yaralanıb.

43 və 34 yaşlı iki yaralı qadın 3 saylı Şəhər klinik Xəstəxanasına, 50 yaşlı qadın  1 saylı Klinik Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yatırılıb.

Nazirliyin məlumatına görə, xəsarət alan qadınlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.