CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ev yandı, bir azyaşlı öldü

Biryaşlı azyaşlının meyiti aşkarlandı
Sputnik

BAKI, 11 iyun — Sputnik. Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğınla əlaqədar olaraq 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyti aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.