RUSİYA

Mahaçqaladakı partlayışda ölənlərin sayı artıb

Partlayışın gəminin maşın şöbəsində baş verdiyi qeyd olunur
Sputnik

BAKI, 11 iyun — Sputnik. Mahaçqala dəniz limanında tankerlərdən birində partlayış baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti" regional FHN-ə istinadən xəbər verir.

Hadisə nəticəsində üç nəfər ölüb.

Ümumilikdə hadisə baş verən vaxt gəminin göyərtəsində 12 nəfər olub. Onlardan ikisi partlayış nəticəsində xəsarət alıb. Onlar dərhal xəstəxanaya yerləşdirilib.

Partlayışın gəminin maşın şöbəsində baş verdiyi qeyd olunur.

Məlumatda qeyd olunur ki, tankerdə partlayışdan sonra neft məhsullarının dənizə axması təhlükəsi yoxdur.