CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladına əl qaldırmaq valideynə baha başa gəldi

Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb edilib
Sputnik

BAKI, 11 iyun — Sputnik. Gəncədə azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilib. Bu barədə Sputnik Azərbaycan-a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Qeyd edilib ki, Gəncə şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin (ad, soyad şərtidir) atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat daxil olub. Məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma zamanı dərhal hadisə yerinə baxış keçirilmiş, hadisənin şahidlərinin izahatları alınıb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Fakta görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə azyaşlınln atası tərəfindən döyüldüyünü sübut edən video görüntülər yayılmışdı.