QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qondarma rejim Ermənistanın tələbini yerinə yetirdi

Onun gələn il Azərbaycanın işğal olunmuş torpaqlarında keçiriləcək "prezident seçkiləri"ndə iştirak etmək niyyətində olduğu bildirilir.
Sputnik

BAKI, 11 iyun — Sputnik. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "təhlükəsizlik şurasının katibi" Vitaliy Balasanyan öz "vəzifəsindən" azad edilib.

Sputnik Ermənistan xəbər verir ki, bu haqda "fərman" Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında yaradılmış qanunsuz rejimin "rəhbəri" Bako Saakyan tərəfindən imzalanıb.

Böhran dərinləşir - Paşinyan Saakyanın pulunu kəsdi

Məlum olub ki, Balasanyan gələn il işğal olunmuş torpaqlarda keçiriləcək "prezident seçkiləri"ndə iştirak etmək niyyətindədir.

Balasanyanın son zamanlar Ermənistan hökumətinin ünvanına tənqidi fikirlər səsləndirdiyi bildirilir.

Bir qədər əvvəl Sputnik Azərbaycan Ermənistanın "Politik" nəşrinə istinadən xəbər verirdi ki, Nikol Paşinyan hökuməti Dağlıq Qarabağ separatçılarının maliyyə köməyi barədə xahişini rədd edib.

Məlumata əsasən, Yerevan rəhbərliyi maliyyə köməyi qarşılığında Balasanyanın istefaya göndərilməsini tələb edib.

Qeyd edək ki, daha əvvəl Saakyan Balasanyanla görüşüb və ona istefaya getməyi təklif edib. Saakyan Balasanyana izah edib ki, onun istefasını Ermənistan rəhbərliyi tələb edib.