CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan cərrahları "göy körpə"ni sağaltdılar

ATU-nun Tədris Cərrahiyyə Klinikasına gətirilən 9 aylıq qızın çəkisi 5 kq olub
Sputnik

BAKI, 11 iyun — Sputnik. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında anadangəlmə ürək qüsuru olan daha bir körpə sağlamlığına qovuşub. ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, klinikanın uşaq ürək cərrahı Ramal Həsənov "Fallo tetradası"ndan əziyyət çəkən 9 aylıq körpəni uğurla əməliyyat edib. 

ATU-nun professorundan həyəcan təbili: Nevroloji uşaqlara ciddi yanaşmırlar

Cərrahın sözlərinə görə, "Fallo tetradası" 4 fərqli ürək anomaliyasının birlikdə olması nəticəsində meydana çıxan mürəkkəb ürək qüsurudur. Bu ürək qüsuru uşaqlarda ya doğulan kimi, ya da 1 yaşına qədərki müddətdə özünü büruzə verir: "Bu zaman dəridə və selikli qişalarda göyərmələr müşahidə olunur. Bəzən belə "göy uşaq"ların inkişafı normal səviyyəyə yaxın olur. Lakin əksər hallarda belə körpələr inkişafdan geri qalırlar. Çox vaxt bu uşaqlarda qəfildən ciddi göyərmə tutmaları olur. Bu zaman xəstə huşunu itirə bilər. "Fallo tetradası"ndan əziyyət çəkən daha böyük uşaqlarda hərəkət zamanı təngnəfəslik və huşunu itirmə müşahidə olunur. Çünki xəstədə çirkli qanın hamısı ağciyərlərə gedib çatmır. "Fallo tetradası"nın radikal müalicəsi yalnız əməliyyatla mümkündür. Əməliyyatın icrası üçün uşaqda ağciyər arteriyaları kifayət qədər yaxşı inkişaf etməlidir".

 

Azərbaycan cərrahları "göy körpə"ni sağaltdılar

ATU-nun Tədris Cərrahiyyə Klinikasına gətirilən 9 aylıq qızın çəkisi 5 kq olub. Medikamentoz müalicəyə baxmayaraq, uşaqda son aylar çəki artımı dayanıb, göyərmə tutması tezliyi isə çoxalıb. Kardiocərrah R.Həsənovun dediyinə görə, xəstənin dərhal əməliyyat olunmasına qərar verilib: "Əməliyyat zamanı aorta damarı yalnız sol mədəcikdən qan alacaq şəkildə mədəciklər arasındakı dəliyi bağladıq. Sağ mədəciyin çıxış yolundakı darlığı pulmonar qapağı qoruyaraq aradan qaldırdıq. Əməliyyatdan sonra qan dövranı normal hala gəldi və göyərmə aradan qalxdı. Xəstə 3 gün reanimasiyada təqib edildikdən sonra müalicəsi stasionar şəraitdə davam etdirildi". 

Həkim bidirir ki, uşaq əməliyyatdan 10 gün sonra evə yazılıb.