AVRO-2020: Belçika, Almaniya, İtaliya və Şimali İrlandiya üçün itkisiz tur

Rusiya Kipri ​​məğlub edib və Şotlandiyanı darmadağın etmiş belçikalıların ardınca qrupda ikinci yerdə qalıb. Almanlar da inamlı qələbə qazanıblar. İtalyanlar çətinliklə qalib gəliblər.
Sputnik

 “C” QRUPU

Almaniya - Estoniya 8:0

Qonaqlar “Bundestim”in qarşısını uzun müddət ala bilməyiblər. Oyunun ilk 20 dəqiqəsində Marko Roys, Serj Qnabri və Leon Qoretskanın səyləri nəticəsində Almaniya millisi böyük hesablı üstünlük əldə edib. Roys və Qnabri sonradan “dubl”a imza atıblar. Almanlar hələ də cədvələ liderlik edirlər, Estoniyanın isə bir dənə də olsun xalı yoxdur.

Belarus - Şimali İrlandiya 0:1

Şimali İrlandiya görüşün sonunda Peddi MakNeyrin dəqiq zərbəsi sayəsində dörd oyunda dördüncü qələbəsini qazanıb. Qol üçün yaxşı şansları olan Belarus millisi hələ də xal qazana bilməyib.

“E” QRUPU

Azərbaycan - Slovakiya 1:5

Meydan sahibləri üçün görüşün başlanğıcı uğursuz alınıb. Belə ki, artıq 8-ci dəqiqədə Stanislav Lobotka hesabı açıb. İkinci hissənin ortasında dörd dəqiqə ərzində azarkeşlər üç gözəl qolun şahidi olublar: Yuray Kutska, Ramil Şeydayev və Marek Hamşik hərəsi sıra ilə bir qol vurub. Slovakların kapitanı bundan sonra iki dəfə fərqlənib və 24 qolla millinin tarixində ən sərrast oyunçu olub. David Qantsko slovakların son qolunu vurub. Azərbaycan millisi təsnifat mərhələsinin hər üç start matçında məğlub olub.

Macarıstan - Uels 1:0

“H” QRUPU

İslandiya - Türkiyə 2:1

Andorra - Fransa 0:4

Andorrada sensasiya baş vermədi - Kilian Mbappe meydan sahiblərini ilk dəqiqələrdə məyus edib. Ondan sonra Vissam Ben-Yedder, Florian Toven və Kurt Zuma fərqləniblər. Bu qrupda fransızlar, türklər və islandiyalılar liderdir, andorralılar isə qol vura və xal qazana bilməyiblər.

Albaniya - Moldova 2:0

Moldova millisi bir saatdan çox albaniyalıların hücumlarının qarşısını alıb. Qapıçı Aleksey Koşelev əla oynayıb. Lakin 66-cı dəqiqədə Sokol Çikaleşi onun qapısına yol tapıb. Əlavə vaxtda yarımmüdafiəçi Yulber Ramadani hesabı artırıb.

“I” QRUPU

Qazaxıstan - San-Marino 4:0

Mixal Bilekin komandası hesabı İslambek Kuatın səyi ilə ilk hissəyə əlavə olunmuş vaxtda açıb. Fasilədən sonra isə Maksim Fedin, Qafurjan Suyumbayev və Bauırjan İslamxan hərəsi bir qol vurub. Beləliklə, Qazaxıstan millisi ardıcıl ikinci ev matçında qapısında qol görmədən qalib gəlib.

Rusiya - Kipr 1:0

Ruslar Nijni Novqorodda böyük üstünlüyə sahib idilər. Lakin onlar bir çox qol şansını boşa veriblər. Yalnız 38-ci dəqiqədə Aleksey Ionov qol vura bilib. Artyom Dzübanın ən azı bir “het-trik” etmək şansı olsa da, meydan sahibləri bir qolla kifayətləniblər. 

Belçika - Şotlandiya 3:0

Belçikalılar gözlənildiyi kimi ilk dəqiqələrdən təşəbbüs göstərərək qonaqların qapılarını mühasirəyə alıblar. Ancaq onlar Romelu Lukakunun səyləri ilə yalnız ilk hissəyə əlavə olunmuş vaxtda hesabı aça biliblər. “Mançester Yunayted”in hücumçusu ikinci hissədə “dubl”a imza atıb. Sonda isə Kevin de Brüyne fərqlənib. Belçika millisi Rusiyanı üç xalla qabaqlamaqla “I” qrupunda liderdir.

“J” QRUPU

Lixtenşteyn - Finlandiya 0:2

İtaliya - Bosniya və Herseqovina 2:1

Bosniyalı hücumçu Edin Dzeko 32-ci dəqiqədə komandasını önə keçirsə də, Lorenzo Insige fasilədən sonra hesabı bərabərləşdirib. Sonda italiyalılara üç xalı İnsinenin ötürməsindən sonra fərqlənən Marko Verratti gətirib. İtaliya mümkün 12 xaldan 12-ni toplayaraq finlandiyalılara qarşı üç xal üstünlüyünü qoruyub.

Yunanıstan - Ermənistan 2:3

Afinadakı matçın 8-ci dəqiqəsində Aleksandr Karapetyan qonaqları önə keçirib. 2004-cü ilin Avropa çempionlarının vəziyyəti 33-cü dəqiqədə Qevorg Kazaryanın vurduğu qol ilə daha da kritikləşib. Fasilədən sonra Zeka bir qolun əvəzini çıxsa da, Tiqran Barseqyan Ermənistan komandasına iki qol üstünlüyünü qaytarıb. Kostas Fortunis sonda hesab arasındakı fərqi minimuma endirib, lakin yunanların bundan çoxuna gücləri və vaxtı çatmayıb. Nəticədə Ermənistan qrupda üçüncü yerə yüksəlib.