HADİSƏ

Zərdabda kişiyə qadın paltarı geydirib biabır etdilər – Oğluna görə

Hüquq-mühafizə orqanlarının əməkdaşları zorakılığı həyata keçirən şəxsləri saxlayıb
Sputnik

BAKI, 10 iyun — Sputnik. Zərdab rayonunda 50 yaşlı kişi oğlunun hərəkətinə görə alçaldılıb.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Körpükənd kəndində qeydə alınıb.

Qalmaqal: Dövlət agentliyinin vəzifəli şəxsi həbs olundu

Məlumata görə, kənd sakinləri 33 yaşlı R.Babayev, 42 yaşlı Z.Əhmədov, 44 yaşlı T.Babayev və 25 yaşlı H.Həsənzadə həmkəndliləri olan 50 yaşlı M.Kərimovu kəndin mərkəzinə çağırıblar. Orada ona “sənin oğlun bizim qadın qohumumuzun telefon nömrəsini qonşu kənddən olan kişiyə verib” deyərək M.Kərimovun əyninə zorla qadın paltarı geyindirib və başına yaylıq bağlayıblar.

M.Kərimovun oğlunun (onun 26 yaşı var) nömrə verdiyi deyilən şəxs isə 29 yaşlı R.Zeynalovdur. Hadisə zamanı onun avtomobili kənddə olub. Qəzəbli şəxslər onun avtomobilini aşırıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları R.Babayev, Z.Əhmədov, T.Babayev və H.Həsənzadəni saxlayıb, fakt üzrə araşdırma aparılır.