BAKI, 10 iyun — Sputnik. Təqribən 1,8 milyon suriyalı qaçqın vətənlərinə qayıdıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu haqda məlumat Rusiya və Suriya idarələrarası koordinasiya qərargahlarının bazar ertəsi dərc etdiyi birgə bəyanatında verilir.
“Rusiya və Suriya idarələrarası koordinasiya qərargahlarının birgə səyləri nəticəsində suriyalı qaçqınların daimi və ya müvəqqəti yaşayış yerlərinə mütəşəkkil və kütləvi şəkildə qayıdışının aktivləşdirilməsi üzrə böyük bir kompleks vəzifələrin öhdəsindən gələ bilmişik. Hazırda təqribən 1,8 milyon Suriya vətəndaşı öz doğma yerlərinə qayıdıb”, - deyə bəyanatda bildirilir.