HADİSƏ

Bakıda tibb işçisi işlədiyi müəssisədə qətlə yetirildi

Hadisənin qadının həyat yoldaşı ilə ailə münaqişə zəminində baş verdiyi bildirilir
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 10 iyun — Sputnik. Bakıda qətl törədilib.

Sumqayıtda qətl törədən şəxs həbs edilib

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 1978-ci il təvəllüdlü Xavər İbrahimova M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində əri tərəfindən bıçaqlanıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadın xəstəxananın qeydiyyat şöbəsində çalışıb.

Hadisənin qadının həyat yoldaşı ilə ailə münaqişə zəminində baş verdiyi bildirilir.

Olayla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən istintaq işlərinə başlanılıb.