İki yüzə yaxın insan içməli sudan zəhərlənib

Əcmanın kommunal xidmətləri yaşayış kompleksini su ilə təmin edən bütün boru və anbarlarda yoxlama işləri aparır
Sputnik

BAKI, 10 iyun - Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əcman əmirliyində yerləşən “Horizon Towers” yaşayış komplekslərinin 200-ə yaxın sakini keyfiyyətsiz içməli sudan zəhərlənmə əlamətləri ilə tibb müəssisələrinə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, iki istirahət günü ərzində əmirlik xəstəxanalarına ümumilikdə 190 nəfərə yaxın sakin müraciət edib və onlardan yeddi nəfər xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, hazırda onların vəziyyəti sabitdir.

Əcmanın kommunal xidmətləri yaşayış kompleksini su ilə təmin edən bütün boru və anbarlarda yoxlama işləri aparır və içməli suyu dezinfeksiya edirlər.