BAKI, 10 iyun — Sputnik. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya liderinin Səudiyyə Ərəbistanına oktyabrda səfərinin planlaşdırıldığını təsdiqləyib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Peskov Moskvanın səfərə böyük əhəmiyyət verdiyini deyib.
Bir qədər əvvəl Səudiyyə energetika naziri, Rusiya-Səudiyyə Ərəbistanı dövlətlərarası komissiyasının sədri Xalid əl-Fəlih bildirmişdi ki, Prezident Putinin bu ilin oktyabrında ölkəyə səfər etməsi gözlənilir.
“Bu məlumatı təsdiqləyə bilərəm. Həqiqətən də belə bir səfər planlaşdırılır. Bu görüşün hazırlanmasına böyük əhəmiyyət veririk. Bizim Səudiyyə Ərəbistanı ilə tərəfdaş və çox effektiv münasibətlərimiz var. Hazırlığı davam etdiririk. Müvafiq rəsmi bəyanat verəcəyik”, - deyə Peskov bildirib.