HADİSƏ

Sumqayıtda qəzada ana və oğul xəsarət aldılar

Sumqayıtda iki minik avtomobili toqquşub, ana və oğlu xəsarət alıb
Sputnik

BAKI, 9 iyun - Sputnik. Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza şəhərin "Stansiya Sumqayıt" yaşayış massivində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 1960-cı il təvəllüdlü Vəliyeva Tovruz Barat qızı və onun oğlu 1988-ci il təvəllüdlü Vəliyev Ruslan Əhmədxan oğlu Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.