RUSİYA

Yük maşını onu qovan yol polisinin üstündən keçdi – VİDEO

Sürücünün cinayəti kameralara düşüb
Sputnik

BAKI, 9 iyun — Sputnik. Rusiyada baş verən hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Sputnik Azərbaycan Avtosfer.az-a istinadən xəbər verir ki, yol polisi “Kamaz” markalı maşını təqib edir. Onu saxlamağa cəhd etsə də sürücü maşını dayandırmır. Polislərdən biri avtomobildən düşür və özünü “Kamaz"ın önünə atır. Lakin sürücü buna məhəl qoymadan polisin üstündən keçir.

Dəhşətli görüntüləri təqdim edirik: