BAKI, 8 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp öz "Twitter" hesabında Ayın Mars planetinin bir hissəsi olduğunu bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, ABŞ Prezidenti NASA-nı Aya uçuşlardan danışmağı dayandırmağı və daha genişmiqyaslı proqramlara (Marsa uçuş kimi) fokuslanmağa çağırıb. Tramp, həmçinin qeyd edib ki, Ay Marsın bir hissəsidir.
Sosial şəbəkə istifadəçiləri isə ABŞ Prezidentinin bu qərarını lağa qoyub.
"7 iyun 2019-cu il. Ayın Marsın bir hissəsi olduğu gün" - deyə istifadəçilərdən biri yazıb.
"Biz astronomiyanı mənim 4 yaşlı oğlumdan daha pis bilən oğlanı prezident seçmişik" - deyə digər istifadəçi yazıb.
Digər istifadəçilər isə Trampa şəkillər vasitəsilə Ay və Mars arasında fərqi izah etməyə çalışıblar.