SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lənkəranda Allahşükür Paşazadənin 70 illiyi ilə bağlı tədbir keçirilib

Diqqətə çatdırılıb ki, 20 yanvar faciəsi zamanı Rusiya – Azərbaycan qarşıdurmasının qarşısını alanlardan biri məhz Allahşükür Paşazadə olub
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 8 iyun - Sputnik. Lənkəranda “Şeyxülislam Allahşükür Paşazadə-70: mənəviyyata həsr olunmuş ömür" mövzusunda Regional konfrans keçirilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin rəhbər işçiləri, Milli Məclis üzvləri, tanınmış ictimai-siyasi xadimlər, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının din xadimləri iştirak ediblər.

Lənkəranda Allahşükür Paşazadənin 70 illiyi ilə bağlı tədbir keçirilib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyəti ilə bağlı çıxış edib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq ilk tədbirin onun doğulub boya-başa çatdığı Lənkəranda keçirilməsi lənkəranlılar tərəfindən böyük sevinclə qarşılanıb. Bildirilib ki, Allahşükür Paşazadə dini fəaliyyətə SSRİ-də ateizmin tüğyan etdiyi bir dövrdə başlayıb. Onun Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri təyin olunmasında ümummilli lider Heydər Əliyevin böyük rolu olub.

Lənkəranda Allahşükür Paşazadənin 70 illiyi ilə bağlı tədbir keçirilib

Diqqətə çatdırılıb ki, 20 yanvar faciəsi zamanı Rusiya – Azərbaycan qarşıdurmasının qarşısını alanlardan biri məhz Allahşükür Paşazadə olub. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafı, eləcə də ayrı-ayrı etiqadlar arasında qarşılıqlı etimad mühitinin yaradılması sahəsindəki səmərəli xidmətlərindən danışıb. Komitə sədri vurğulayıb ki, Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin qurulmasında da Şeyxülislamın xidmətləri danılmazdır.

Lənkəranda Allahşükür Paşazadənin 70 illiyi ilə bağlı tədbir keçirilib

Konfransda çıxış edən Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Fəzail Ağamalı, Fəzail İbrahimli, QMİ-nin Masallı bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, QMİ-nin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə Şeyxülislam Allahşükür Paşazadəni 70 illik yubileyi münasibətilə təbrik edərək onun xidmətlərindən danışıblar.

Lənkəranda Allahşükür Paşazadənin 70 illiyi ilə bağlı tədbir keçirilib

QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirərək Ulu Öndərlə bağlı xatirələrdən danışıb. Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Sonda yubilyara Lənkəranda toxunmuş xalça hədiyyə edilib.