Təkcə qızların problemi deyil: 115 milyon oğlan erkən yaşda evləndirilib

UNİCEF-in araşdırması inanılmaz nəticələri ortaya çıxardı
Sputnik

BAKI, 8 iyun — Sputnik. UNİCEF-in 82 ölkədə apardığı araşdırmada erkən yaşda evləndirilən oğlan uşaqlarının sayı müəyyən edilib.

Toy günü gəlin ikinci evlilik təklifini alıb - VİDEO

Sputnik Azərbaycan xəbər verir ki, araşdırmalar nəticəsində dünyada 115 milyon oğlan uşağının erkən yaşda evləndirildiyi məlum olub. Bu uşaqların 20 faizi 15 yaşından öncə evləndirilir. Erkən yaşda evləndirilən oğlan uşaqlarının siyahısında Mərkəzi Afrika Respublikası 28, Nikaraqua 19, Madaqaskar 13 faizlə ilk yerdə qərarlaşıblar.

Digər tərəfdən, aparılan araşdırmalar nəticəsində dünyada erkən yaşda evləndirilən uşaq sayının ümumilikdə 765 milyon olduğu müəyyənləşib. Hazırda yaşı 20-24 yaş arası olan hər 5 qadından və 30 kişidən biri 18 yaşından öncə evləndirilib.

UNİCEF-in icraçı direktoru Henrietta Fore aparılmış araşdırma ilə bağlı açıqlama verərkən bildirib ki, erkən yaşda evliliklər insanların uşaqlığını oğurlayır: “Uşaqlar erkən evləndirildikdə, bu, onların öhdəsinə bir çox ağır məsuliyyətlər qoyur və təhsillərinin yarımçıq qalmasına səbəb olur”.