BAKI, 7 iyun — Sputnik. Ermənistan Baş Naziri Nikol Paşinyan "RİA Novosti"yə müsahibəsində qeyd edib ki, Rusiya lideri Vladimir Putinlə görüş zamanı silah tədarükü məsələsini müzakirə ediblər.
"Biz hərbi-texniki sahədə yaxşı əməkdaşlıq edirik və təbii ki, bəzi razılaşmalarımız var. Düşünürəm ki, bizim bu sahədə əməkdaşlığımız müntəzəm şəkildə inkişaf edir", - deyə Paşinyan vurğulayıb.
Jurnalistin görüş zamanı Yerevana yeni "İsgəndər" komplekslərinin tədarükü məsələsinin müzakirə olunub-olunmamasında dair sualını cavablandıran Paşinyan bildirib ki, bu silahdan Ermənistanda kifayət qədərdir: "Bizdə "İsgəndər"lər kifayət qədərdir. Lakin biz daha nəsə alacağımıza ümid edirik. Kiçik olmayan bir şey".