İQTİSADİYYAT

Dünya neft-qaz ehtiyatının üçdə biri sanksiyalar altındadır

Səbəb İran, Venesuela və Rusiyaya qarşı tətbiq olunmuş məhdudiyyətlərdir
Sputnik

BAKI, 7 iyun — Sputnik. Dünyanın neft və qaz ehtiyatlarının təxminən üçdə biri İrana, Venesuelaya və Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara görə birtərəfli məhdudiyyətlərə məruz qalıb.

Neft ucuzlaşır: Nə və niyə baş verir?

Sputnik AzərbaycanRİA Novosti-yə istinadən xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iclasında çıxış edən “Rosneft”in başçısı İqor Seçin deyib.

“İrana qarşı sanksiyaların qaytarılması, dünyanın ən böyük neft ehtiyatlarına malik olan Venesuelaya qarşı sanksiyaların tətbiqi və Rusiyanın neft və qaz şirkətlərinə qarşı sektoral sanksiyalar səbəbindən birtərəfli məhdudiyyətlərə məruz qalmış maye karbohidrogenlərin ümumi həcmi dünya ehtiyatlarının üçdə biri səviyyəsinə gəlib çıxıb” - deyə Seçin bildirib.

İyunun 6-da başlamış Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 8-nə kimi davam edəcək.