CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Babək prospektindəki problemlər tükənmək bilmir

"Azərsu" əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır
Sputnik

BAKI, 7 iyun — Sputnik. Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və "Azərsu" ASC-nə məxsus su xəttində qəza baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.