BAKI, 7 iyun — Sputnik. Dolların Rusiya bazarında təsirini azaltmaq üçün tədbirlər görən Rusiya bu məsələdə daha bir önəmli addım atıb. Sputnik Türkiyə xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə açıqlama verən "Qazprom" neft şirkətinin rəhbəri Aleksandr Dyukov neft ixracatında rublla sövdələşmələr həyata keçirməyə başladıqlarını bildirib.
"Bu il ilk dəfə rublla Ermənistana neft idxal etdik. Yaxın gələcəkdə Avrasiya İqtisadi İttifaqına üzv olan (Aİİ) bütün ölkələrə rublla neft idxal etmək niyyətindəyik. Lazım olarsa, ixracatımızı yuan və avro ilə də həyata keçirə bilərik", - "Qazprom" rəhbəri deyib.
Qeyd edək ki, Rusiya rəhbərliyi ABŞ və bəzi Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalarla bağlı ölkə iqtisadiyyatında dolların istifadəsini azaltmağa çalışır.
"Qazprom"un ixracat qolu olan "Qazprom Eksport" da bir müddət öncə rubl qarşılığında Avropaya təbii qaz satdığını bildirmişdi.