RUSİYA

"Baş verənlərin tarixdə analoqu yoxdur" – Putin dünyaya səsləndi

"Biz hamını geniş, bərabərhüquqlu əməkdaşlığa dəvət edirik"
Sputnik

BAKI, 7 iyun — Sputnik. "Dünyada baş verənlərin dəyişikliklərin sürətinin və miqyasının tarixdə analoqu yoxdur və qarşıdan gələn dövrdə ölkələrin bir-birilərini eşitməsi, ümumi məsələlərin həlli üçün səyləri birləşdirməsi olduqca önəmlidir". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı bildirib.

"Xanımlar və cənablar, əziz dostlar, bu gün Rusiyada biz həqiqətən strateji, uzunmüddətli proqramların reallaşdırılmasına başlamışıq. Onların da əksəriyyəti heç bir mübaliğəsiz qlobal xarakter daşıyır. Dünyada baş verənlərin dəyişikliklərin sürətinin və miqyasının tarixdə analoqu yoxdur və qarşıdan gələn dövrdə ölkələrin bir-birilərini eşitməsi, ümumi məsələlərin həlli üçün səyləri birləşdirməsi olduqca önəmlidir", - deyə Putin vurğulayıb.

Rusiya prezidenti qeyd edib ki, ölkəsi dəyişikliklərə hazırdır: "Rusiya çağırış və dəyişikliklərə hazırdır. Biz hamını geniş, bərabərhüquqlu əməkdaşlığa dəvət edirik".