CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda özünəməxsus şəkildə intihara cəhd edən şəxsin qarşısı alınıb

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub
Sputnik

BAKI, 7 iyun — Sputnik. Paytaxtın Səbail rayonunda intihara cəhd qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbət nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.