CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kriminal avtoriteti öldürdülər, qatillər tutuldu

Hazırda fakt üzrə araşdırma aparılır
Sputnik

BAKI, 7 iyun - Sputnik. Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

Unikal.org xəbər verir ki, müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər.

Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa "Mercedes" markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb. Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, Mübariz Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib.

Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.