İQTİSADİYYAT

Azərbaycanın valyuta ehtiyatları 6,2% artıb

Ölkənin strateji valyuta ehtiyatları 47.5 mlrd. dollara çatıb
Sputnik

BAKI, 7 iyun — Sputnik. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 6.2% artaraq 47.5 mlrd. dollara çatıb.

Bu barədə Sputnik Azərbaycan-a Mərkəzi Bankdan məlumat verilib.

Qeyd edək ki, bu gün Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 10.5%, aşağı həddi isə 6.5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.