Son həftələrdə Azərbaycan-Rusiya münasibətləri yeni dinamik inkişaf yolu tutub. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub, iqtisadi sahədə növbəti ikitərəfli razılaşma paketinin imzalanmaya hazırlanması barədə məlumatlar yayılıb, iki ölkə arasında regionlararası əməkdaşlıq faktoru fəallaşıb.
Sonuncu amil əməkdaşlığın vacib istiqamətlərindəndir. Bu il Azərbaycana Qaraçay-Çərkəz hökumətinin nümayəndə heyəti gəlib, ötən il isə ölkəmizi Çeçenistanın başçısı Ramzan Kadırov ziyarət edib. Həmin ərəfədə də Dağıstanın lideri Vladimir Vasilyev ölkəmizə səfər etmişdi. O bildirmişdi ki, yeni Maxaçqala-Bakı qatarının açılması Dağıstan üçün böyük iqtisadi əhəmiyyət kəsb edir.
Azərbaycanın Rusiya Federasiyasının Qafqazdakı subyektləri ilə qarşılıqlı əlaqələri hansı əhəmiyyət daşıyır? Bu barədə iyunun 11-də saat 12:00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək "Cənubi Qafqaz" politoloqlar klubunun 61-ci iclasında politoloqlar ətraflı danışacaqlar. İştirak edəcəklər:
Yevgeni Mixaylov - jurnalist, "Rusiyanın cənubunun analitikləri" portalının baş redaktoru,
Elşad Mirbəşir oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri, siyasi elmlər doktoru,
Nəzakət Məmmədova - politoloq,
Sahil İsgəndər - politoloq, publisist,
Zaur Məmmədov - politoloq, Bakı politoloqlar klubunun rəhbəri,
Elxan Şahinoğlu - "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri,
Anastasiya Lavrina - "Avrasiya Beynəlxalq Mətbuat Fondu"nun prezidentinin köməkçisi.
Moderator, politoloq İlqar Vəlizadə.
Əlaqə üçün
E-mail: i.velizade@rian.ru.
Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).