Ürəyi neqativ emosiyadan qorumaq olar – Müdafiə var

Lakin arterial aritmiyanın müalicəsi problem olaraq qalır
Sputnik

BAKI, 6 iyun — Sputnik. Ürəyi mənfi emosiyalardan qoruyan vasitələr müəyyən olunub.

Arterial aritmiya və ya fibrilyasiya ürək mədəciyinin ritmsiz, dəqiqədə 100-150 dəfə vurması ilə xarakterizə edilir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu, ürək ritminin ən təhlükəli pozulmasıdır.

Ürək xəstələri ağ geyinməli, tez-tez və az-az yeməlidir

Arterial aritmiya qorxu və mənfi emosiyalar, daha çox qorxu və qəzəb hissinin fonunda güclənir.

ABŞ-ın Yel Universitetinin mütəxəssisləri müəyyən edib ki, arterial aritmiyası olan xəstələrdə qəzəb və həyəcan arterial fibrilyasiyanın sonrakı epizodları ilə əlaqədardır. Eyni zamanda, beta-blokerlər kimi tanınan dərmanlar adrenalin və əlaqəli maddələrin hərəkətinə maneə törədir. Bu dərmanlar bədənin stressə qarşı reaksiyasını müvəqqəti olaraq dayandırır və ya azaldır.

Alimlər beta-blokerlərin arterial fibrilyasiyası olan insanlardakı mənfi duyğuların zərərli effektlərini təsirsiz hala gətirə biləcəyini irəli sürüb.

Aparılan araşdırmada Yel universitetinin xəstəxanasında müalicə alan 95 arterial aritmiyası olan xəstə iştirak edib. Onlar bir il müddətində  elektron gündəlik  gəzdirərək fibrilyasiya tutmaları zamanı emosiyalarını qeydə alıb. Hər dəfə onlarda yorğunluq, ürək döyüntüsünün artması və təngnəfəslik yarananda və 5 dəqiqə ərzində keçməyəndə portativ monitorlar onların ürək ritmini qeydə alıb.

İştirakçıların yarısı (56 faizi) beta-blokerlərdən istifadə edib. Bu şəxslərdə qəzəb və stress aritmiya inkişafını 4 dəfə, qəbul etməyənlərdə isə 20 dəfə artırıb.

Alimlər hesab edirlər ki, beta-blokerlər stressin başlanğıc təsirini azalda bilər.

Lakin arterial aritmiyanın müalicəsi problem olaraq qalır.